İsrailin İrana hucumu nəticəsində ölənlərin sayı 1060-a çatdı


İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.



AFN.az xəbər verir ki, bunu İran Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi bildirib.



O, İran dövlət televiziyasında rəsmi açıqlama verib: “Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik".



Qeyd edək ki, bundan əvvəl İslam Respublikası ərazisində gedən döyüşlərdə 935 nəfərin öldüyü bildirilirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu