Tramp bütün əməkçi miqrantları ABŞ-dan çıxarmaq fikrindən daşındı


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bəzi əməkçi miqrantların ölkədə qalmasına icazə verməyə hazırdır. Reuters agentliyi Ağ Ev rəhbərinin sözlərini sitat gətirib.



Ayova ştatında çıxışı zamanı Tramp bildirib ki, ABŞ-da kənd təsərrüfatında çalışan miqrantlar işləməyə davam edə bilərlər. Lakin prezident bunun üçün bir şərt irəli sürüb. Həmin xarici vətəndaşlara işlədikləri fermerlər tərəfindən zəmanət verilməlidir.



Tramp həmçinin bu məsələdə otelçilik sektoru ilə də əməkdaşlıq edəcəyini qeyd edib.



Belə bir bəyanata səbəb fermerlərin şikayətləri olub. Onlar bildiriblər ki, işçi qüvvəsinin çatışmazlığı səbəbindən məhsulları təhlükə altındadır. “Biz fermalardakı bütün işçiləri alıb-aparmaq istəmirik,” – deyə Tramp vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu