Tramp: ABŞ səfirlik əməkdaşlarının geri çağırılması təhlükə ilə bağlıdır

ABŞ səfirliyi əməkdaşlarının geri çağırılması mümkün təhlükə ilə əlaqədardır – Tramp
Vaşinqton administrasiyasının İraqdakı ABŞ səfirliyinin bəzi əməkdaşlarının və Yaxın Şərqdə yerləşən amerikalı hərbçilərin ailə üzvlərinin geri çağırılması mümkün təhlükə ilə əlaqədardır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.
“Onlar oradan çıxarılır, çünki bu yer təhlükəli ola bilər. Gözləyək görək nə baş verəcək”, – deyə Tramp Vaşinqtondakı Kennedi İncəsənət Mərkəzini ziyarət edərkən bildirib.
İran məsələsinə də toxunan Tramp əlavə edib: “Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Bu, çox sadədir. Biz buna yol verməyəcəyik”.