Erik Tramp: ABŞ prezidentliyinə namizəd ola bilərəm

ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp hesab edir ki, o, asanlıqla ölkə prezidenti postuna namizəd ola bilər.
AFN.az xəbər verir ki, Erik Tramp bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
“Ailənin digər üzvlərini də bu işə sürükləmək istəyirsən? Mən istərdim ki, övladlarım da son on ildə mənim yaşadığım təcrübəni yaşasın? Bilirsənmi, əgər cavab "bəli" olsaydı, düşünürəm ki, ABŞ prezidentliyinə siyasi yol asan olardı, ona görə də mən bunu bacara biləcəyimi düşünürəm”, - deyə o bildirib.
Erik Tramp onu da vurğulayıb ki, onun ailəsinin digər üzvləri də ABŞ prezidentliyinə namizəd ola bilər.
O, həmçinin qəzetə müsahibəsində Donald Tramp ABŞ prezidentliyinə namizəd olmasaydı, Tramp ailəsinin qat-qat zəngin olacağını bildirib.