Kats: Xameneyini öldürmək istədik, lakin yerini müəyyən edə bilmədik


İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İrana 12 gün davam edən hücumlar zamanı ölkənin ali lideri Əli Xameneyini öldürmək istədiklərini, lakin onun yerini müəyyən edə bilmədiklərini etiraf edib.

İsrailin dövlət televiziyası KAN-a danışan nazir Kats İran hücumları zamanı tez-tez sui-qəsd hədələri ilə gündəmə gətirdiyi Xameneyi ilə bağlı olaraq deyib ki, əgər görmə sahəmizdə olsaydı, onu aradan götürərdik.

Kats İsrail ordusunun Xameneyinin yerini müəyyənləşdirmək üçün çox çalışdığını, lakin əməliyyat üçün uyğun imkanın yaranmadığını bildirib:

“Xameneyi bunu anladı, yerin altına çox dərinlərə endi, komandirlərlə əlaqəni kəsdi. Yəni nəticə etibarilə bu real deyildi.”

Kats Xameneyiyə ünvanladığı məsləhətində deyib: “Sakit qalmasını tövsiyə etmirəm. Sığınacaqda uzun müddət gizlənən Nasralladan dərs almalıdır. Mən də ona eyni şeyi etməyi məsləhət görürəm.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu