ABŞ İsrailin İrana hücumlarında iştirak etmədiyini açıqlayıb
ABŞ rəsmiləri İsrailin İrana qarşı başlatdığı hücumlarda ABŞ-ın heç bir əlaqəsinin olmadığını bildirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi açıqlama verib.
İsrailin İrana hücumları barədə ABŞ-ın əvvəlcədən məlumatlandırıldığını deyən müdafiə rəsmisi ABŞ-ın hücumlarda heç bir iştirakının olmadığını da bildirib.
İsrail dövlət televiziyası KAN da İsrailin İrana hücum etməzdən əvvəl ABŞ-ı məlumatlandırdığını bildirib.
Mənbə: AA