KİV: ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləmir
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.
AFN.az xəbər verir ki, bu haqda CNN adı açıqlanmayan amerikalı məmura istinadla məlumat yayıb. “Biz bu cavabı dəstəkləmədik” - deyən məmur bildirib ki, yəhudi dövləti cümə axşamı Vaşinqtona “yaxın günlərdə” İslam Respublikasına qarşı cavab tədbirləri görəcəyini bildirib.
ABC telekanalı daha əvvəl Amerika rəsmisinə istinadən İsrailin İrandakı obyektə raket hücumu təşkil etdiyini bildirmişdi.