KİV: Təl-Əvivin İrana hücumu an məsələsidir
İsrail Tehranın raket hücumuna cavab olaraq İranda hədəf alacağı nöqtələri müəyyən edib və cavab tədbiri zaman məsələsidir.
AFN.az-ın məlumatına görə, İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərdə İsrail ordusunun İrana cavab olaraq hədəfə alınması planlaşdırılan nöqtələrin siyahısını baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta təqdim etdiyi bildirilib.
İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə isə Təl-Əviv rəhbərliyinin İranın raket hücumuna cavab olaraq hədəf alınacaq nöqtələrlə bağlı qərar verdiyi qeyd edilib.
KAN-a danışan adı açıqlanmayan İsrail rəsmisi, "Hədəflər bəllidir. Əks-hücum artıq zaman məsələsidir" - deyə qeyd edib.
Xəbərdə həmçinin İsrail rəhbərliyinin İrana qarşı hücum planının ümumi konturunu ABŞ-la paylaşdığı, ancaq hansı nöqtələrin hədəf alınacağı ilə bağlı təfərrüatlara yer verilmədiyi bildirilib.