Katsdan Xameneiyə: Sonun Səddam kimi olar


İsrailin müdafiə naziri Yisrael Kats İranın ali lideri Əli Xameneiyə xəbərdarlıq edərək, "sonun İraqın devrilmiş lideri Səddam Hüseyn kimi olar" deyə hədələyib.



İsrail Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Kats İranla bağlı hücumlarla əlaqədar vəziyyəti qiymətləndirmək üçün İsrail ordusunun yüksək rütbəli komandirləri ilə görüş keçirib.



Nazir İrana qarşı hücumların davam edəcəyini vurğulayıb.



Kats İranın həyata keçirdiyi cavab hücumlarına görə Xameneini xəbərdar etdiyini və Səddam Hüseynin aqibətindən nəticə çıxarmalı olduğunu bildirib.



“İranın qonşu ölkəsində (İraqda) İsrailə qarşı eyni yolu seçən diktatorun (Səddam Hüseynin) aqibətini xatırlaması Xamenei üçün faydalı olar”, – deyə o əlavə edib.



Beynəlxalq mediada yayılan xəbərlərdə isə İsrailin Xameneiyə qarşı sui-qəsd planladığı, lakin ABŞ Prezidenti Donald Trampın buna mane olduğu iddia olunub.



İsrailin Baş naziri Benyamin Netanyahu isə Amerikanın ABC telekanalına verdiyi açıqlamada Xameneini hədəfə almağın qarşıdurmaları sona çatdıra biləcəyini iddia edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu