KİV: ABŞ İsrailin İrana zərbə endirmək planını dəstəkləmədi

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb, lakin ABŞ prezidenti Donald Trampın bu addımı dəstəkləmədiyi üçün plandan imtina edib.
AFN.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail ABŞ-ın hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən müdafiə edəcəyinə əmin olub. Hücumun məqsədi Tehranın nüvə silahı yaratmaq səylərini ən azı bir il iflic etməkdir.
Nəşr yazır ki, bununla belə, Tramp İranla fikir ayrılıqlarının diplomatik yolla həlli istiqamətində kurs tutub və aprelin əvvəlində İsraili ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumatlandırıb. Amerika lideri bu məsələni Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə qaldırıb.