Britaniya İsrailin üç nazirinə sanksiya tətbiq edə bilər

Böyük Britaniya İsrailin yüksək rütbəli nazirlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
AFN.az xəbər verir ki, Böyük Britaniya digər ölkələrlə birgə İordan çayının qərb sahilində fələstinlilərin hüquqlarının pozulması ilə əlaqədar İsrail hökumətinin bəzi əsas üzvlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
The Times qəzetinin məlumatına görə, qara siyahıya İsrailin maliyyə naziri Bezalel Smotriç, müdafiə naziri İsrael Kats və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir daxil ola bilər.
Xatırladaq ki, bir gün öncə London artıq yeddi israilli fiziki şəxsə və quruma qarşı sanksiyalar tətbiq edib. Bu tədbirlər çərçivəsində Böyük Britaniyaya giriş qadağası və aktivlərin dondurulması qərarı verilib.
Sanksiyalar Zohar Sabah, Harel David Libi və Daniella Uyiss kimi şəxslərə, həmçinin Neria və Kokos adlı qəsəbələrə, Naçala qəsəbə təşəbbüsünə və "Libi Construction and Infrastructure" adlı tikinti şirkətinə də şamil olunub.
Britaniya rəsmiləri qeyd ediblər ki, sanksiyaya məruz qalan şəxsl