Avropa İttifaqı Qara dənizdə gəmiçilik təhlükəsizliyinə nəzarət planlayır


Avropa İttifaqı Rusiya istisna olmaqla, bütün region dövlətlərinin iştirakı ilə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə nəzarət etməyi planlayır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Brüsseldə Avropa Komissiyası tərəfindən hazırlanmış Qara dəniz regionu üzrə yeni Aİ strategiyasını təqdim edərkən deyib.

"Qara dəniz təhlükəsizlik mərkəzinin yaradılması dəniz təhlükəsizliyini, mühüm infrastrukturun və dəniz mühitinin mühafizəsini gücləndirəcək", - deyə Kallas bildirib.

Onun sözlərinə görə, belə bir koalisiyanın iştirakçıları, xüsusən də gəmiçilik və liman fəaliyyətlərinin monitorinqi ilə yanaşı, kritik infrastrukturun patrulunu təşkil etməlidirlər:

"Aİ-yə Qara dənizdə kimin nə etdiyini aydın başa düşməyə ehtiyacı var, bu, Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizə üçün də vacibdir”, - deyə diplomat əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu