Rusiya: Ukrayna Qara dənizdə gəmimizə hücum etməyə cəhd edib
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Qara dənizdə Rusiya donanmasına məxsus raket gəmisinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna Silahlı Qüvvələrinin yerli vaxtla saat 16.30 radələrində Qara dənizdə Qara dəniz Hərbi Dəniz Qüvvələrinə məxsus “Samum” hava yastığı raket gəmisinə pilotsuz hərbi dəniz hücum kateri ilə hücum etməyə cəhd etdiyi bildirilir.
Açıqlamada hücumun gəmidən açılan atəşlə dəf edildiyi və pilotsuz dəniz vasitəsinin məhv edildiyi bildirilib.