Qara dənizdə görünməmiş selik axını


Düzcenin Qara dənizə sahili olan Akçakoca rayonunda dənizdə selikli əmələ gəlməsi diqqət çəkib.


Son illərdə Mərmərə dənizində tez-tez görülən "dəniz tüpürcəyi" adlandırılan selik, Qara dənizdə də görülüb.

Mavi bayraqlı çimərlikləri ilə tanınan Akçakocanın liman bölgələrində güclü selik axını müşahidə edilib. Tətil üçün Akçakocaya gələn tətilçilər çimərliklərdə mavi sular yerinə ağ yapışqan dəniz tüpürcəkləri ilə qarşılaşırlar.

Daha çox liman bölgəsində görülən selikli qişa küləklə birlikdə Akçakoca sahil zolağına yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu