Ukrayna ABŞ-a atəşkəs təklifi verdi – Brusilo açıqladı


Ukraynanın ABŞ-a verdiyi təkliflər atəşkəsə aiddir. Kiyev isə növbəti danışıqlar zamanı qalan nizamlanma şərtlərini müzakirə etməyi gözləyir.



AFN.az xəbər verir ki, bunu Ukrayna prezidentinin ofis rəhbərinin müavini İqor Brusilo Rada telekanalında bildirib.



Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün ABŞ administrasiyasının Kiyevdən Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldığını bildirib. O, bu siyahıya nələrin daxil olduğunu dəqiqləşdirməyib.



"Amerika Ukraynadan atəşkəsə başlamaq təklifi alıb. Bu atəşkəs qeyd-şərtsiz olmalıdır, çünki o, danışıqlar masası arxasına əyləşmək imkanı verəcək. Bu danışıqlar zamanı bütün digər mərhələlər qeyd olunacaq" - deyə Brusilo bildirib.



O qeyd edib ki, sonrakı mərhələlərdən biri məhbus mübadiləsinin davamı ola bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu