ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında atışma


ABŞ-ın Virciniya ştatında yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahının girişində təhlükəsizlik xəbərdarlığına tabe olmayan sürücü atəşə tutulub.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, sürücü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi və buna görə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.



Hadisə zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəşin sürücüyə isabet edib-etmədiyi barədə məlumat verilməyib. Lakin avtomobilin CIA binasına daxil ola bilmədiyitəhlükəsizlik əməkdaşlarının xəsarət almadığı qeyd olunub.



Baş verən insidentdən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin binasına girişətraf yollar nəqliyyat üçün müvəqqəti olaraq bağlanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu