ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Çinə gizli səfər edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Çinə gizli səfər edib.
AFN.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Financial Times" qəzeti yazıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin səfərinin məhz bu ilin mayında baş tutduğu bildirilir. Çində Berns ölkənin kəşfiyyat orqanlarının nümayəndələri ilə görüşüb.
Mənbənin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru iclasda kəşfiyyat orqanları arasında açıq əlaqə kanallarının vacibliyini qeyd edib.