ABŞ-da FTB-nin binasının girişində avtomobilini baryerlərə çırpan sürücü saxlanıb
ABŞ-ın Corciya ştatında Federal Təhqiqatlar Bürosunun (FTB) qərargahının təhlükəsizlik baryerlərinə avtomobilini vuran sürücü saxlanılıb.
FTB rəsmiləri bir nəfərin icazəsiz avtomobili ilə Atlantadakı regional binaya girməyə cəhd etdiyini və təhlükəsizlik baryerlərinə çırpıldığını açıqlayıb.
FTB sözçüsü mətbuata verdiyi açıqlamada polisin şübhəli şəxsi saxladığını və xəsarət alanların olmadığını bildirib.
Sosial mediada paylaşılan videoda SUV tipli avtomobilin FTB binasının girişindəki baryerlərə çırpılaraq cəbhəyə böyük ziyan dəydiyi görünür.