İsrail bütün Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətindədir

İsrail, Qəzza zolağının bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu anklavda bir gün əvvəl başlayan genişmiqyaslı “Gideonun arabaları” əməliyyatı ilə bağlı danışarkən bildirib.
Baş nazirin sözlərinə görə, əməliyyatın məqsədləri dəyişməz qalır: HƏMAS hərəkatının məğlub edilməsi və israilli girovların azad olunması.
“Eyni zamanda, yaxın gələcəkdə İsrail ABŞ-la birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsi quracaq,” – deyə Netanyahu əlavə edib.
O, bu strategiyanı “hərbi plan və qələbə planı” adlandırıb.
Gələcək fəaliyyət planları ilə bağlı sualı cavablandırarkən Netanyahu qeyd edib: “Biz Qəzza sektorunun bütün ərazisi üzərində nəzarəti bərqərar etmək niyyətindəyik. Biz bunu edəcəyik.”