Tramp 2028-ci il prezident seçkilərinə qatılmaq istəyir

ABŞ prezidenti Donald Tramp bir çox insanın ondan 2028-ci ildə yenidən prezidentliyə namizəd olmasını xahiş etdiyini və bunu nəzərə alacağını bildirib.
ABŞ-ın Qətərdəki Əl Udeid hərbi bazasında çıxış edən Tramp deyib ki, komandası ilə yenidən seçkilərə qatılmaq istəyir: "Bir çox insan bizə bunu etməyi məsləhət görür. Çox çətin olsa da, bu barədə düşünəcəyəm". Amerika lideri zarafatla təklif olunan seçki kampaniyasının şüarını təklif edib: “Tramp 2028: Solu dəli et”.
Qeyd edək ki, əvvəllər Tramp üçüncü dəfə prezident seçilmək niyyətində olmadığını açıqlamışdı.