ABŞ Nümayəndələr Palatası “deepfake” məzmunun paylaşılmasını federal cinayət hesab edən qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası “deepfake” cinsi məzmunlu şəkillərin şəxsin razılığı olmadan internetdə paylaşılmasını federal cinayət hesab edən qanun layihəsini qəbul edib.
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melani Trampın da dəstəklədiyi qanun layihəsi parlamentdən 409 “hə” səsinə qarşı 2 “xeyr” səsi ilə keçib.
Qanun layihəsi süni intellektdən istifadə edərək yaradılmış şəxsin razılığı olmadan seksual məzmunlu “deepfake” şəkillərin onlayn paylaşılmasını federal cinayət hesab edəcək.
Bundan əlavə, sosial media platformaları və internet saytları qurbanların tələbi ilə bu cür şəkilləri 48 saat ərzində silməlidirlər.
Senatda fevral ayında qəbul edilən qanun layihəsinin qanuna çevrilməsi üçün Trampın imzası lazımdır.
Tramp qanun layihəsini mart ayında təsdiqləyəcəyinə işarə edib.
Melaniya Tramp rəqəmsal dünyada tez-tez görülən pozucu davranışların uşaqlara, ailələrə və cəmiyyətə təsir etdiyini bildirərək qanun layihəsinə dəstək istəyib.