“Norm Sement”də bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu Qadının barmaqları amputasiya olundu


Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu