Bakıda qatarın altında qalaraq ölən qadının kimliyi bilindi
Dünən axşam saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsində qatarın altında qalaraq vəfat edən qadının şəxsiyyəti müəyyənləşdirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla vəfat edən qadının 1967-ci il təvəllüdlü Sahibcanova Məxluqə Soltan qızı olması müəyyən edilib. Onun hansı şəraitdə qatarın altına düşməsi hələlik məlum deyil. Baş vermiş hadisə nəticəsində M.Sahibcanovanın bədəni bir neçə hissəyə bölünüb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.