"Norm"un reklamı tənqid edildi - VİDEO
Özünü Cənubi Qafqazın ən böyük sement zavodu adlandıran "Norm" Sement Zavodunun reklam çarxı tənqid edilir.
AFN.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri paylaşım ediblər. Jurnalist Ləman Ələşrəfqızı yazıb ki, "Avro-2024"-ün final oyununu izləyərkən "Norm"un reklamını görüb: "İTV-yə futbolda səslə görüntünün üst-üstə düşməməsini bağışlamaq olar, amma "Norm"un reklamını əsla! Gələcəyi XAYAL edin-deyə bir "russkoyazıçnı" oğlan reklam mətni oxuyur". Jurnalist qeyd edib ki, reklam çarxında bu ifadə bir neçə dəfə səslənib: "Azərbaycan dilində "xayal" sözü yoxdur, xəyal var".
L.Ələşrəfqızı "İctimai" TV-ni də həmin reklamı o formatda efirə buraxdığı üçün tənqid edib.
Şirkətin mövqeyini verməyə hazırıq.