HƏMAS-dan ABŞ vətəndaşı olan israilli girovla bağlı açıqlama

İsrail və ABŞ vətəndaşlığına malik olan, Qəzza zolağında saxlanılan girovun taleyi naməlum olaraq qalır.
AFN.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə Telegramda bildirib.
"İsrailli girov Eden Aleksandrı qoruyan mühafizəçilərdən birinin cəsədini tapdıq. Onun başına gələnlər hələlik məlum deyil", - deyə o qeyd edib. Əbu Ubeydə İsrailin Qəzzaya endirdiyi hava zərbələri səbəbindən qalan girovların həyatının da daimi təhlükə altında olduğunu vurğulayıb.