HƏMAS: İsrailin Qəzzaya hücumları nəticəsində iki israilli məhbus ölüb


HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzza zolağına havadan və qurudan təşkil etdiyi hücumlarda israilli əsirlər Yossi Şərabi və İtay Svirskinin öldürüldüyünü açıqlayıb.


İzzəddin əl-Qəssam Briqadaları tərəfindən Telegram hesabında paylaşılan videoda danışan 26 yaşlı israilli əsir Noa Arqamani 53 yaşlı əsir Şərabi və 38 yaşlı Svirskinin İsrailin hava hücumları nəticəsində öldüyünü bildirib.

Arqamani Şərabi və Svirskinin yerləşdiyi binanın İsrailə məxsus F16 döyüş təyyarəsi tərəfindən hədəf alındığını və onların dağıntılar altında qaldıqlarını, özünün Qassam Briqadaları tərəfindən dağıntılar altından xilas edildiyini, lakin yaralı olaraq tapılan Şərabinin qurtarıla bilmədiyini bildirib.

Əsir Arqamani İsrail hökumətini müharibəni dayandırmağa, onları xilas edib yenidən ailələri ilə birləşdirməyə çağırıb.

Qassam Briqadaları tərəfindən yayımlanan videoda Şərabi və Svirskinin cansız bədənlərinin görüntüləri də yer alıb.

İsrail ordusunun məlumatına görə, Qəzza zolağında hələ də 136 israilli məhbus var idi.

Əsir mübadiləsi danışıqlarına başlamaq üçün İsrail ordusundan Qəzza zolağına hücumlarını dayandırmasını tələb edən HƏMAS saxladığı məhbuslar müqabilində İsrail həbsxanalarındakı bütün fələstinlilərin azad edilməsini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu