AK rəhbəri: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir


Avropa İttifaqının Ukrayna üzrə Parisdə keçirilən sammiti ictimaiyyətin Rusiyaya qarşı sanksiyalarının qüvvədə qalmasını istədiyini göstərdi.


AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen iclasın yekunları haqda danışarkən deyib.

"İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur", - deyə o vurğulayıb.

Fon der Lyayenin sözlərinə görə, Ukraynaya qısa müddətdə maliyyə və hərbi dəstəyin necə gücləndirilməsi barədə geniş müzakirə aparılıb: "Ukraynanın hərbi ehtiyacları, eləcə də maliyyə ehtiyacları ödənilməlidir. Üçüncü əsas mesaj Ukraynaya uzunmüddətli dəstək və onun Avropanın müdafiə mövqeyi ilə bağlı oldu".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu