Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilin martına qədər uzadıb

Yeni Zelandiya Rusiya Federasiyasına qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-dək uzadıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Yeni Zelandiya hökuməti Rusiyaya qarşı 2025-ci il martın 17-də başa çatmalı olan sanksiyaları daha üç il müddətinə uzadıb. Məhdudiyyətlərin uzadılması ilə bağlı qərar cümə günü, martın 14-də verilib və bu gün qüvvəyə minib", - deyə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir.
Qurum xatırladıb ki, Yeni Zelandiyanın anti-Rusiya sanksiyaları bu ölkənin bütün vətəndaşları üzərinə bir sıra öhdəliklər qoyur, Rusiya Federasiyası ilə bağlı bəzi fəaliyyət növlərini qadağan edir və ya məhdudlaşdırır. Yeni Zelandiyalılardan Rusiya ilə ticarət və iqtisadi əlaqələrlə əlaqəli ola biləcək hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri tələb olunur.