BMT Qəzzada ərzaqla bağlı vəziyyətin kritik olduğunu bildirir

BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, İsrailin davam edən humanitar yardım blokadası səbəbindən Qəzza zolağında ərzaq təchizatı vəziyyəti kritikdir.
AFN.az xəbər verir ki, bu barədə təşkilatın X hesabında bildirilir. Qeyd olunur ki, İsrailin Fələstin anklavını tam blokadaya alması, artıq 15-ci gündür ki, ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Bəzi əsas qidalar 200%-dən çox bahalaşıb.
Martın 2-dən İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və HƏMAS-ın ABŞ prezidentinin elçisi Steven Vitkoffun Fələstin anklavında atəşkəslə bağlı danışıqları davam etdirmək planını qəbul etməkdən imtina etməsi ilə əlaqədar bütün keçidləri bağlayıb.