BMT: Qəzzadakı vəziyyət fəlakətdir
Birləşmiş Millətlər Təşkilatının (BMT) İşğal olunmuş Fələstin Bölgəsi üzrə Humanitar Yardım Koordinatoru Ceymi Makqoldrik İsrailin 6 aydır davam edən hücumlarının hədəfi olan Qəzzada humanitar vəziyyətin sadəcə bir fəlakət olduğunu ifadə edib.
Makqoldrik verdiyi yazılı açıqlamada İsrailin hücumları altında Qəzzada humanitar vəziyyəti dəyərləndirib.
Qəzza əhalisinin yarısının mümkün qıtlıq təhlükəsi ilə üzləşdiyini bildirən Makqoldrik Qəzzalı uşaqlar arasında qidalanma probleminin indiyə qədər görülməmiş səviyyəyə çatdığını vurğulayıb.
Makqoldrik beynəlxalq ictimaiyyətin 7 oktyabr 2023-cü ildən təsəvvür edilməz ağrı ilə mübarizə aparan Qəzza xalqına yardımını artırmağa hazır olduğunu bildirsə də, bunun üçün İsrailin maneəsiz və təhlükəsiz humanitar yardım əldə etməsinə icazə verməli olduğunu vurğulayıb.
Bundan əlavə, Makqoldrik İsrailin bölgəyə humanitar yardımı asanlaşdırmaq üzrə öhdəliklərinin qənaətbəxş olduğunu açıqlayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus aprelin 3-də verdiyi açıqlamada 2023-cü ilin oktyabr ayından Qəzzada 27 uşağın qida çatışmazlığı səbəbindən həyatını itirdiyini bildirib.