"The Economist": Aİ Kiyevə dəstəyi ikiqat artırmalı olacaq


Vaşinqton Kiyevə yardımı dayandırarsa, Avropa İttifaqı ABŞ-ın yardımını kompensasiya etmək üçün Ukraynaya hərbi, maliyyə və humanitar dəstəyini ikiqat artırmağa məcbur olacaq.


AFN.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazır.

Bildirilir ki, 2022-ci ilin yanvarından Aİ və onun üzvü olan ölkələr Ukraynaya hərbi, maliyyə və humanitar yardıma 113 milyard avro xərcləyiblər. ABŞ-ın Kiyevə ayırdığı yardımı əvəz etmək üçün Brüssel bu rəqəmi ÜDM-in 0,4%-nə çatdırmalı olacaq. Nəşrin məlumatına görə, Aİ-nin altı ölkəsi Ukraynaya milli ÜDM-in 0,4 faizindən çox yardım göstərir. “Bu, Amerikanın yardımının ödənilməsinin mümkün olduğunu göstərir" - deyə məqalədə qeyd edilir.

Nəşr onu da vurğulayır ki, Avropa İttifaqı müdafiə xərclərini ÜDM-in 4-5%-nə qədər artırarsa, ABŞ-ın dəstəyi olmadan uzunmüddətli perspektivdə müstəqil şəkildə öz müdafiəsini təmin edə biləcək. Aİ ölkələrinin müdafiə üçün cari ümumi xərcləri 325 milyard avro təşkil edir ki, bu da ÜDM-in 1,8%-nə uyğundur. NATO-nun hədəf həddi isə 2%-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu