HƏMAS dörd girovun cəsədini Qırmızı Xaça təhvil verib

HƏMAS Qəzza zolağında öldürülən ikisi uşaq olmaqla dörd israilli girovun qalıqlarını Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
AFN.az xəbər verir ki, proses Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı tərəfindən yayımlanıb.
Görüntülərdə cəsədləri daşıyan BQXK maşınlarının Fələstin anklavının cənubundakı Xan Yunis qəsəbəsini tərk etdiyi və qalıqların təhvil verilməsi mərasiminin keçirildiyi görünür. Maşınlar İsrail ordusunun yerləşdirildiyi yerlərə doğru gedir.