AFFA-nın yeni baş katibi o olacaq? - YENİLƏNİB


Futbolinfo.az isə istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayevin əvəz edəcəyini yazıb.


Saytın iddiasına görə, Cahangir Fərəcullayev ölkə üzrə lotereya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəridir. O, həmçinin “Azərlotereya” ASC-nin İdarə Heyətinin 4 üzvündən biridir.

***

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev vəzifəsindən ayrılıb.


AFN.az Sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib.

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir.

AFFA-nın Mətbuat xidməti isə “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib. Bildirilib ki, bu, yanlış məlumatdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu