Şolz miqrantları Almaniyanın rifahının mühüm komponenti adlandırıb


Almaniya kansleri Olaf Şolz bildirib ki, başqa ölkələrdən milyonlarla insan immiqrasiya etməsəydi, Almaniya öz sərvətlərini əldə edə və artıra bilməzdi.


O "Focus" jurnalına verdiyi müashibədə “Almaniya heç də bəzilərinin düşündüyü ölkə deyil. Bu, başqa ölkələrdən milyonlarla insanın immiqrasiyası olmadan son onilliklərdə bütün sərvətlərini, bütün iqtisadi gücünü əldə edə, saxlaya və daha da artıra bilməyəcək bir ölkədir” deyib.

Şolz həmçinin 2024-cü ilin iyununda təsdiq edilmiş vətəndaşlıq qanununun islahatından qürur duyduğunu da ifadə edib.

Bu o deməkdir ki, AFR vətəndaşı olmayanlardan ölkədə doğulmuş bir uşaq Almaniya vətəndaşlığını alır və beş ildən sonra valideynləri də vətəndaşlıq alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu