Şolz gözlənilmədən Kiyevə səfər edib
Almaniya kansleri Olaf Şolz gözlənilmədən Kiyevə səfər edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, onun son 2,5 ildə Ukraynaya ilk səfəridir.
Almaniya hökumətinin başçısı Vladimir Zelenski ilə görüşəcək. Şolz Kiyevə qatarla gəlib; onun səfəri “təhlükəsizlik səbəbindən” əvvəlcədən elan olunmayıb.
Almaniya kansleri dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük edəcəyini açıqlayıb.