Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayacaq


Finlandiya-Rusiya sərhədi Finlandiya hakimiyyətinin hiss etdiyi təhdidlərə görə yaxın gələcəkdə bağlı qalacaq.


AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Finlandiyanın baş naziri Petteri Orpo bildirib.

"Təhlükənin qiymətləndirilməsi yerindədir. Rusiyanın hərəkətləri dəyişməyib" - deyən baş nazir Rusiyanın keçid məntəqələri açılacağı təqdirdə etibarlı səyahət sənədləri olmayan şəxslərin sərhədi keçməsinə icazə verə biləcəyini deyib: “Ona görə də indi sərhədi hətta eksperimental olaraq da açmaq mümkün deyil”.

Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək 2023-cü ilin noyabrında Rusiya Federasiyası ilə sərhəddə nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu