Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb


Fevralın 27-dən etibarən Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb. Hazırda ərazidə torpaq işləri görülür.


AFN.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb. İşlər iyunun sonuna kimi başa çatdırılmalıdır. İmatra bölgəsində əvvəlcə üç kilometrlik sınaq sahəsi tikiləcək. Hasarın yanında sərhəd naryadı və yolun çəkilməsi nəzərdə tutulur. Bəzi ərazilərdə işıqlandırma və dinamiklər quraşdırılacaq.

Finlandiya yaxın bir neçə il ərzində şərq sərhədi boyunca ümumilikdə 200 kilometrə yaxın maneələr tikmək istəyir. Layihənin məqsədi Rusiya Federasiyasının sərhədi arzuolunmaz şəkildə keçməsini çətinləşdirməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu