KİV: İsrailin Yəmənə endirdiyi zərbələr 4 nəfərin ölümünə səbəb olub


İsrailin Yəməndə husilərin nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilir ki, Səna Beynəlxalq Hava Limanına edilən hücumlarda 3 nəfər, Əl-Hodeyda əyalətində Ras İsa liman terminalına edilən hücumda isə daha bir nəfər həlak olub. Telekanal həmçinin Səna hava limanında olan 16 nəfərin yaralandığını bildirib. Bundan əlavə, Ras İsa limanında olan 3 nəfər itkin düşənlər siyahısındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu