Husilər ABŞ-ın 5 gəmisini hədəf aldı


Yəməndəki husilər 5 ABŞ gəmisinin hədəf alındığını açıqlayıb.



Husilərin verdiyi açıqlamada Cibuti limanından çıxan ABŞ-ın 2 esminesi və 3 təchizat gəmisinin Ədən körfəzində hücuma məruz qaldığı bildirilib.

İsrailin Yaffa və Askalan şəhərlərindəki iki hərbi məntəqənin də hədəfə alındığı bildirilib.

Sözügedən əməliyyatın silahlı pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi qeyd edilib.

Hücumların nəticələri barədə məlumat verilməyib.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu