Husilər Ədən körfəzində ABŞ gəmisinin hədəf alındığını açıqlayıb
Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ gəmisini qanadlı raketlərlə hədəfə aldıqlarını və onu dəqiq vurduqlarını açıqladılar.
Husilərin hərbi sözçüsü Yəhya Seri Husilərin Əl-Məsirə televiziyasına verdiyi açıqlamada, “Məzlum Fələstin xalqına kömək etmək üçün ABŞ-İngiltərənin Yəmənə qarşı təcavüzünə cavab olaraq silahlı dəniz qüvvələrimiz AİB-in “Kim Ranger” gəmisini Ədən körfəzind hədəfə alıb" - deyə bildirilir.
Sözügedən hücumun qanadlı raketlərlə həyata keçirildiyini bildirən Seri, hədəfi dəqiq vurduqlarını qeyd edib.
ABŞ Yəməndə iranpərəst husilərin nəzarətində olan bölgədə iki gəmi əleyhinə raket buraxılış qurğusunu vurduğunu bildirib.