Husilər: "Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini vurduq"


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.


Husilərin Hərbi Sözçüsü Yəhya Seri X sosial media platformasında verdiyi açıqlamada Husi qüvvələrinin Qırmızı dənizdə ABŞ donanmasına qarşı həyata keçirdiyi hücumla bağlı məlumat verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "USS Gravely" esminesini "uyğun dəniz raketləri" ilə hədəf aldıqlarını ifadə edən Seri, sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək üçün edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu