Husilər: Qırmızı dənizdəki ABŞ gəmisini dəniz raketləri ilə hədəf aldıq


Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Qırmızı dənizdəki "Pinokkio" gəmisini dəniz raketləri ilə hədəfə aldıqlarını açıqlayıb.


Husilərin hərbi sözçüsü Yəhya Seri Telegram və X sosial platformasında hücumla bağlı açıqlama verib.

Husilərin dəniz qüvvələrinin ABŞ-ın "Pinokkio" gəmisinə raketlərlə hücum etdiyini bildirən Seri, hücumda gəminin birbaşa zərbə aldığını deyib.

Husi qüvvələrinin Ramazan ayı ərzində hərbi əməliyyatlarını artıracaqlarını və "məzlum Fələstin xalqına dəstək və yardımda dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəklərini" ifadə edən Seri, İsrailin Qəzzaya hücumları dayanana qədər Qırmızı dənizdə hücumların davam edəcəyini qeyd edib: "Zolaq dayandırılır və Fələstin xalqına tətbiq olunan blokada aradan qaldırılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu