Qırmızı dənizdə gərginlik davam edir


Qırmızı dənizdə gərginlik azalmır. Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ-ın iki hərbi gəmisini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı da husilərə aid raketləri vurduğunu açıqlayıb.



Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Britaniya qüvvələrinin ölkənin qərbindəki Əl-Hüdeydə şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.

Hücumlar nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat verilməyib.

Husilərin Hərbi Sözçüsü Qırmızı dənizdə ABŞ-ın iki döyüş gəmisinə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildirib.

ABŞ Mərkəzi Komandanlığı da Husi bölgəsindən atılan raketlərin və pilotsuz dəniz vasitələrinin zərərsizləşdirildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu