ABŞ Qırmızı dənizdə Husilərə məxsus gəmi əleyhinə raketi vurduğunu açıqlayıb
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada husilərin Qırmızı dənizə gəmi əleyhinə raket atdığı və sözügedən raketin ABŞ tərəfindən vurulduğu bildirilib.
Xəsarət və dağıntının olmadığı qeyd edilib.
Husilərin Hərbi Sözçüsü Yəhya Seri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesini uyğun dəniz raketləri ilə hədəf aldıqlarını və hücumun Fələstin xalqına dəstək, ABŞ-ın hücumlarına cavab vermək üçün edildiyini bildirib.