Husilər: "Ədən körfəzində Britaniyanın LYCAVITOS gəmisini vurduq"


Yəməndə İranın dəstəklədiyi husilər ölkənin cənubunda Ədən körfəzində İngiltərənin LYCAVITOS gəmisini vurduqlarını açıqlayıblar.



Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada Yəmənin cənubunda Ədən körfəzində yerləşən İngilis gəmisi LYCAVITOS-u vurduqlarını bildirib.

Hücumun Fələstin xalqına dəstək məqsədilə həyata keçirildiyini bildirən Seri, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək və Fələstin xalqına dəstək vermək üçün daha çox tədbir gördüyünü qeyd edib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, İngiltərədən hələlik açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu