Qırmızı dənizdə husilərin hədəf aldığı Yunan gəmisi təhlükəsiz bölgəyə çəkilib


Avropa İttifaqının (AB) Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün qurduğu Aspides missiyası husilərin hədəf aldığı Yunan gəmisinin təhlükəsiz bölgəyə çəkildiyini açıqlayıb.



Missiyadan verilən açıqlamada avqustun 21-də husilərin hücumuna məruz qalan “MV Sounion” adlı yunan gəmisinin neft sızması olmadan müvəffəqiyyətlə təhlükəsiz bölgəyə aparıldığı bildirilib.

Açıqlamada xilasetmə əməliyyatının bütün bölgəni əhatə edəcək ekoloji fəlakətə yol vermək istəməyən bütün tərəflərin birgə səyi ilə həyata keçirildiyi vurğulanıb.

Qeyd edək ki, husilər avqustun 21-də "MV Sounion" adlı yunan gəmisini İsrail limanlarına giriş qadağasını pozduğu əsasıyla hədəfə aldıqlarını açıqlayıb.

Böyük Britaniyanın Sənadakı səfiri Abda Şərif gəminin heyətinin xilas edildiyini, ciddi zədələnmiş gəminin isə Qırmızı dənizdə qaldığını açıqlayıb. Şərif gəminin 150 min ton neft daşıdığını bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu