Qırmızı dənizdə gərginlik yüksəlir
Yəməndəki husilər ABŞ və Britaniya qüvvələrinin Yəmənin sahilindəki Hudeyda şəhərinə hava zərbələri endirdiyini açıqlayıblar.
Husilər bu hücuma cavab olaraq Qırmızı dənizdə Britaniyaya məxsus ticarət gəmisini hədəf aldıqlarını bildiriblər. Hücumun “müvafiq dəniz raketləri” ilə həyata keçirildiyi bildirilib.
Husilərin Qırmızı dənizdəki hücumlarını dayandırmaq səyləri ilə bağlı iddiası da var. Husilərin lideri Əbdülməlik əl-Husi ABŞ-ın Çinə vasitəçilik təklifi etdiyini iddia edib.