Rusiyadan "Google"a 3,8 milyon rubl cərimə
"Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə "Google"a 3,8 milyon rubl cərimə ödəməyə məcbur edib.
Daha əvvəl də oxşar səbəblərə görə ölkədə "Apple", "TikTok" və "Telegram" kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.