Rusiyadan Telegram-a 4 milyon rubl cərimə
Rusiyada "Telegram" bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl cərimələnib.
"Telegram"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Sözügedən platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə "Telegram"ı 4 milyon rubl cərimələyib.
Qeyd edək ki, daha əvvəl də oxşar səbəblərə görə ölkədə "Google" və TikTok" kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.
Mənbə: AA