AK Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyib


Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.


AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, qərar indi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

"Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün tələb olunan islahat öhdəliyinin bütün doqquz bəndini qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən etdi" - deyə qeyd edilən açıqlamada bildirilir ki, Aİ Şurasının təsdiqindən sonra həmin vəsait Ukraynaya veriləcək.

Avropa Komissiyası Kiyev tərəfindən aparılan islahatların qiymətləndirildiyi meyarların korrupsiyaya qarşı mübarizə, biznes şəraiti, əmək bazarı qaydaları, enerji bazarı standartları və ətraf mühitin mühafizəsi ilə bağlı olduğunu açıqlayıb.

Qeyd olunur ki, bu tranşın Ukraynaya Dəstək Fondu vasitəsilə köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu